"Seltik" klubu öz azarkeşlərinə qadağa qoydu

Şotlandiyanın “Seltik” klubu Fələstini dəstəkləyən “Yaşıl Briqada” qrupunun azarkeşlərinə ev matçlarına getməyi qadağan edib.

Metbuat.az xəbər verir ki, qərar "Atletiko Madrid" matçında azarkeşlərin Fələstin bayrağını açmasından sonra verilib. İngiltərə mətbuatının məlumatına görə, azarkeş qrupunun üzvlərinə göndərilən məktubda klubun abunə bilet sahiblərinin ev matçlarına getməsinə qadağa qoyduğu bildirilib. Xəbərdə bu qərarın UEFA Çempionlar Liqasında “Atletiko Madrid”lə matçda azarkeşlərin tribunalarda Fələstin bayraqları açmasından sonra gəldiyi vurğulanıb.

“Yaşıl briqada” üzvlərinin nümayişinə görə klubun bundan əvvəl də iki dəfə cərimə olunduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı