“Qondarma rejim 480 kilometr ərazini minalayıb” - Bayramov

Antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam bərpa etdiyi ərazilərdə qanunsuz qondarma rejim Ermənistanın dəstəyi ilə 480 km ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.

“Burada problemin tam həcmini öyrənmək üçün vaxt lazım olacaq. Bütün bu faktlara baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırış edilməsinin şahidi olmadıq. Bunun nəyə görə belə olması suallar doğurur”, - nazir əlavə edib.

Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı