Ərəblərdən çılğın plan - Yeni transfer dalğası gəlir

Səudiyyə Ərəbistanı klubları “Mançester Yunayted”in kapitanı Bruno Fernandesin də aralarında olduğu udluz futbolçuları transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bununla bağlı ərəb klubları “Mançester Yunayted”ə 100 milyon dollar təklif edib. Səudiyyə Ərəbistanı klublarının transfer etmək istədiyi digər futbolçular isə “Mançester Siti”dən Kevin De Bruyne və “Liverpul”dan Məhəmməd Salahdır. İddialara görə, Salah krallığa transfer olmağa razılıq verib. “Mançester Siti” isə Kevin De Bruynenin transferinə qarşı çıxıb.

Qeyd edək ki, bundan əvvəl “Mançester Siti”nin futbolçusu Riyad Mahrez krallığa transfer olub. Kriştiano Ronaldonun transferindən sonra bir çox ulduz futbolçu krallığa transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR