“Qalatasaray” satdığı ulduz futbolçunu pulsuz geri qaytarır

“Qalatasaray”dan “Sevilya” klubuna transfer olan Markao yenidən Türkiyəyə qayıdır.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat paylaşıb. Məlumata görə, "Sevilya"da gözləntiləri doğrulda bilməyən braziliyalı müdafiəçi Markao “Qalatasaray”a qayıdır. Bildirilir ki, zədələr futbolçunun uğurlu oyun nümayiş etdirməsinə mane olub. Bildirilir ki, Serxio Ramosun transferindən sonra Markao heyətdə yer ala bilmir. Markaonun icarə əsasında “Qalatasaray”da forma geyinməsi gündəmə gəlib. Onun icarə haqqı olmadan “Qalatasaray”a keçəcəyi irəli sürülür. Qeyd edək ki, Markao 13 milyon avro qarşılığında "Qalatasaray"dan "Sevilya"ya transfer olub. Markao zədə səbəbindən bu mövsüm ümumiyyətlə oynaya bilməyib. Ötən mövsüm isə "Sevilya"nın heyətində 11 rəsmi oyuna çıxan braziliyalı müdafiəçi 718 dəqiqə meydanda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR