“Fənərbaxça”nın ulduzu rekord məbləğə satıldı

"Fənərbaxça"nın gənc ulduzu Ferdi Kadıoğlunun yeni klubu açıqlanıb.

Metbuat.az xəbər verir ki, Ferdi Kadıoğlu “Napoli” klubu ilə razılıq əldə edib. İtaliya mətbuatında yer alan xəbərə görə, A seriyasının son çempionu "Napoli" Ferdi Kadıoğlu ilə yanaşı "Fənərbaxça" ilə də anlaşıb. Xəbərdə deyilir ki, "Napoli"nin Ferdi üçün ödəyəcəyi transfer məbləği A Seriyasının tarixinə düşəcək. "Napoli"nin Ferdi Kadıoğlu üçün "Fənərbaxça"ya ödəyəcəyi məbləğin 25 milyon avro olduğu bildirilir. Bu transfer reallaşarsa, Ferdi Kadıoğlu İtaliya A Seriyasının ən bahalı türk futbolçusu olacaq. Bu rekord hazırda "İnter"də çıxış edən Hakan Çalhanoğluna məxsusdur. "Milan" Hakanı transfer etmək üçün "Bayer Leverkuzen"ə 23,3 milyon avro ödəyib.

Qeyd edək ki, Ferdi Kadıoğlu "Fənərbaxça"nın heyətində 164 oyun keçirib. Sol cinah müdafiəçisi bu matçlarda 15 qol vurub, 20 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı