100 milyonluq futbolçunu 20 milyonluq hücumçu ilə dəyişirlər

“Mançester Yunayted"in heyətində uğursuz oyunu ilə seçilən Antonini vətəninə qayıda bilər.

Metbuat.az xəbər verir ki, “Mançester Yunayted" Antoninin əvəzinə “Flamenqo” ilə müqaviləsi 2024-cü ildə başa çatacaq Barbosanı transfer etməyə çalışır. İddialara görə, Barbosa da Avropada futbol oynamaq istəyir.

“The Mirror”un məlumatına görə, Barbosanın transfer dəyəri təqribən 20 milyon funt-sterlinqdir. “Mançester Yunayted" Antonini Barbosa ilə dəyişmək istəyir. Antoninin icarə əsasında Braziliya komandasına gedə biləcəyi bildirilib. Beləliklə, “Mançester Yunayted" "Ayaks"dan təxminən 100 milyon avroya transfer etdiyi Antonini 20 milyon avro dəyərində hücumçu ilə dəyişəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR