"Real" "​Fənərbaxça”nın Arda ilə bağlı təklifinə cavab verdi

"Fənərbaxça” Arda Gülerlə bağlı “Real Madrid”ə təklif göndərib.

Metbuat.az xəbər verir ki, təklif Ardanı geri qaytarmaq barədə olub. “Goal”ın məlumatına görə, “Fənərbaxça” Ardanı icarəyə götürmək istəyib. Məlumata görə, “Real Madrid” təklifi geri çevirib. Bildirilir ki, Arda ilə bağlı “Real Madrid”ə təkcə “Fənərbaxça” deyil, İspaniyanın bir sıra klublarlar o cümlədən “Sevilya” və “Betis” də təklif göndərib. “Real” təklifləri rədd edib.

Qeyd edək ki, Arda Güler 3 dəfə zədələndiyi üçün “Real”ın heyətində hələlik forma geyinməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR