"Real Madrid" Arda Gülerdən sonra daha bir türk futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, "Real Madrid" “Trabzonspor”un 17 yaşlı qapıçısı Onuralp Çevikkanı transfer etmək istəyir. “Defensa Central”ın məlumatına görə, "Real Madrid"in müşahidəçi rəhbəri Juni Calafat rəhbərliyə Onuralp Çevikkanın transfer edilməsi barədə məlumat verib. Bu məlumatdan sonra ispan nəhəngi gənc futbolçunu transfer etmək üüçün hərəkətə keçib. Məlumata görə, qapıçı ilə “Bayern Münhen”də maraqlanır.
Qeyd edək ki, "Trabzonspor" "Altınordu"dan heyətinə qatdığı 17 yaşlı gənc qapıçı Onuralp Çevikkanla 3 illik müqavilə imzalayıb. "Trabzonspor" qapıçı üçün 700 min avroluq transfer haqqı ödəyib.