MM-də ABŞ-a qarşı bəyanat qəbul etmək üçün komissiya yaradıldı - YENİLƏNİB

Milli Məclisdə ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanatı hazırlamaq üçün komissiya yaradılıb.

Metbuat.az xəbər verir ki, komissiyanın sədri Ziyafət Əsəgərovdur.

Üzvlər isə Səməd Seyidov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Tamam Cəfərova və Kamilə Əliyevadır.

11:48

"Biz bəyanatı qəbul etmək üçün komissiya yaratmalıyıq".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

Spiker komissiyanın sədrinin Ziyafət Əsgərov, üzvlərinin Səməd Seyidov, Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Kamilə Əliyeva və Tamam Cəfərova olmasını təklif edib.

Təklif qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı