Fəzail Ağamalı ABŞ-nin fəxri vətəndaşlığından imtina etdi

Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ Azərbaycana qarşı qərəzli mövqeyi səbəbindən ABŞ-ın fəxri vətəndaşlığından imtina edib.

Metbuat.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında ABŞ Senatının ermənilərin müdafiə aktını pisləyib və bunu ikili standartaların nümunəsi adlandırıb.

"90-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Bu gün onların hər ikisindən imtina edirəm", - deyə deputat əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı