Naxçıvanda daha bir yüksək vəzifəyə TƏYİNAT

Babək Rayon Təhsil Şöbələrinə yeni müdir təyin olunub.

Mebuat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin edilib.

Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb.

Xatırladaq ki, bundan əvvəl Əsgərova Ayşən Hüseyn qızı isə Şahbuz Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR