"Qalatasaray" "Mançester Yunayted"in ulduz futbolçusunu transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" yarımmüdafiəçi Donni van de Beekin transferi üçün danışıqlara başlayıb. Məlumata görə, həm zədəsi, həm də uğursuz oyunu səbəbindən "Mançester Yunayted"də əsas heyətə düşə bilməyən hollandiyalı futbolçu üçün ilkin razılıq olsa da, maddi məsələlər hələki müzakirə edilir. Bildirilir ki, Donni van de Beek Hollandiya millisində müntəzəm oynamaq şansı qazanacağı kluba transfer olmağı hədəfləyir. 26 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır. Onun transfer qiyməti 15 milyon avrodur.
“Mançester Yunayted”in futbolçunu meydana buraxmadığı üçün onu bu rəqəmdən çox aşağı qiymətə sata biləcəkləri deyilir. Karyerasında 327 matça çıxan yarımmüdafiəçi 69 qol vurub, 57 məhsuldar ötürmə edib.