AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı

II Liqa komandası “Dinamo”nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.

Metbuat.az xəbər verir ki, buna səbəb onun Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Göygöl” ilə oyunda hakimləri təhqir etməsi olub.

Matçın 84-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Komanda isə 300 manat cərimə olunub.

Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə məğlub olan “Dinamo” ölkə kuboku ilə vidalaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR