Gürcü futbolçu 100 milyon avroya İspaniya nəhənginə keçə bilər

Avropa nəhəngləri "Real Madrid", "Barselona" və "Çelsi" gürcü futbolçu Kvaratsxelianı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Kvaratsxelia ilə “Mançester Siti” və “Nyukasl” klubları da maraqlanır. “ESPN”in məlumatına görə, “Napoli” 22 yaşlı istedadlı futbolçusu üçün böyük məbləğ tələb edir. Məlumata görə, “Napoli” futbolçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, 2022-23 mövsümündə “Napoli”nin A Seriya çempionluğu zamanı Kvaratsxelia 43 matçda 14 qol və 17 məhsuldar ötürməyə imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR