Milyonlarla dolları oğurlanan Arda Turan günlər sonra sevindi - FOTO

Fondda milyonlarla dollar itirən "Eyüpspor"un baş məşqçisi Arda Turana futbolçuları və klub prezidenti Murat Özkaya mənəvi dəstək olub.

Metbuat.az xəbər verir ki, komandanın təcrübəli futbolçusu Uğur Demirok qalib gəldikləri “Manisa” matçının sonunda Arda Turanı tribunalara çıxararaq, "Bu matçı məşqçimiz üçün oynadıq. Biz onun hər zaman, hər yerdə tərəfdarıyıq” deyə bildirib. Turan ona verilən mənəvi dəstəkdən sonra sevinərək azarkeşlərin alqışlarını müşayiət edib. Bu zaman Arda Gülərin yaxşı əhval-ruhiyyəsi olduğu müşahidə edilib.

Qeyd edək ki, Arda Turan gəlir əldə etmək məqsədilə fonda milyonlarla dollar pul qoyub. Fond qanunsuz olduğu üçün pullar mənimsənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı