Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirildi - YENİLƏNİB

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Qaqik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, məhkəmənin baxış iclası dekabrın 11-nə təyin edilib.

10:40

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Q.Voskanyan 1983-cü ildə Ermənistanın paytaxtı İrəvanda anadan olduğunu bildirib.

O qeyd edib ki, orta təhsillidir, subaydır. Onun sözlərinə görə, ittiham aktı ona təqdim olunub.

Proses davam edir.

10:29

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Metbuat.az xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Hazırlıq iclasında təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR