Yunanıstan Ermənistanla Azərbaycanın birgə bəyanatını alqışladı

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis erməni həmkarı Ararat Mirzoyanla telefonla danışığında Ermənistanla Azərbaycanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Bundan başqa, nazirlər Yunanıstan və Türkiyə Ali Əməkdaşlıq Şurasının dünən keçirilən iclasının nəticələrini müzakirə ediblər.

A.Mirzoyan yunanlı həmkarını İrəvana səfərə dəvət edib.

Gerapetritis dəvəti qəbul edib və səfərin diplomatik kanallarla planlaşdırılacağını bildirib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı