“Azərbaycandakı seçkilər Rusiya üçün nümunə ola bilər” - Karasin

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici fəallığı yüksəkdir.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin seçki məntəqəsinə baş çəkdikdən sonra jurnalistlərə bildirib.

“Biz nikbin üzlü çoxlu sayda insan görürük. Onların gözlərində gələcəyə inam var. İnsanlar öz seçimini tərəqqinin xeyrinə, hamı üçün müsbət nəticələr verəcək müasir, suveren Azərbaycanın xeyrinə etmək istəyirlər”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycanda keçirilən seçkilər Rusiya üçün nümunə ola bilər: “Rusiya da mart seçkilərinə hazırlaşır və biz (müşahidəçilər) Bakıdan özümüzə müəyyən təcrübə qazanacağıq”.

Xatırladaq ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı