Naxçıvanda seçici fəallığı 58.13 faiz olub

Saat 15:00-a olan seçki fəallığı nəticələrinə görə, Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı 58.13 faiz olub.

Metbuat.az xəbər verir ki, Naxçıvanda ümumillikdə 165983 nəfər səs verib.

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə seçici fəallığı barədə məlumatı təqdim edirik:

1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 27746 nəfər, 58.03%

2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 27441 nəfər, 57.14%

3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 29155 nəfər, 61.23%

4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 28432 nəfər, 60.13%

5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 27856 nəfər, 57.98%

6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 25353 nəfər, 54.25%

Qeyd edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60.54 faiz olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı