​Sabirabad sakini itkin düşüb - FOTO

Sabirabad rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Sabirabad rayon sakini, 1961-ci il təvəllüdlü Abbasov Afət fevral ayının əvvəlində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Abbasovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (055 289 99 62) məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR