​“Real" Ardadan sonra daha bir türk futbolçunu transfer edir

“Real Madrid” Arda Gülerdən sonra daha bir türk ulduzu transfer etmək istəyir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Real Madrid" "Trabzonspor"un mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya aldığı 18 yaşlı qapıçı Onuralp Çevikkanla maraqlanır. Bildirilir ki, qapıçı A komandasında oynamaq şansı qazanmasa da, "Real Madrid"in diqqətini çəkməyi bacarıb. Bildirilir ki, İspan nəhəngi gənc qapıçı ilə maraqlandığını "Trabzonspor"a çatdırıb.

“Real” nümayəndələri futbulçunun U18 Milli Komandası və “Trabzonspor”un U19 komandasında oynadığı matçları izləyib. Skautlar qapıçının oyununu bəyəniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR