​Unibank taksi sürücüləri üçün xüsusi kampaniya keçirir

Unibank POS-terminal xidmətinə qoşulan taksi sürücüləri üçün çox sərfəli kampaniya keçirir. Taksi sürücüləri onlayn UPOS xidmətinə həm çox rahatlıqla, həm də mayın 31-dək 0% komissiya ilə qoşulacaqlar. Məlumatları xidmətə daxil edən zaman taksi fəaliyyəti göstərən sahibkarlar vergi xidmətindən aldıqları virtual obyekt kodunu da əlavə etməlidirlər.

Qeyd edək ki, UPOS - ödənişləri mobil telefon vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.

UPOS-un əsas üstünlükləri:

• Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;

• 7/24 onlayn şəkildə qoşulma imkanı;

• Asanlıqla daşınabilən mobil cihazlardan istifadə edirsiniz;

• Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.

UPOS-a qoşulmaq da çox asandır. Xidmətə istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes mobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatları daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul edə biləcəksiniz.

Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos) məlumat almaq olar.

"Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir.

Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı