​"Fənərbaxça"nın ulduzu İspaniya nəhənginə keçir

Bu mövsüm "Fənərbaxça"da göstərdiyi performansla hər kəsi heyran edən İrfan Can Kahveci ilə bağlı yeni xəbər dərc edilib.

Metbuat.az xəbər verir ki, futbolçunun İspaniya nəhənginə transfer ola biləcəyi irəli sürülüb. “Elnacional”ın məlumatına görə, oynadığı uğurlu futbolu ilə Avropanın önəmli klublarını özünə cəlb edən təcrübəli futbolçuyla “Sevilya” da maraqlanır. “Sevilya”nın futbolçunu transfer etmək üçün hərəkətə keçdiyi deyilir.

Xəbərdə "Türk futbolçu 2021-ci ildə artıq "Sevilya"nın marağında idi. Kahveci bir neçə mövsüm əvvəl "Sevilya"ya transfer olunmaq ərəfəsində idi. 2021-ci ildə “Sevilya”nın idman rəhbərliyi futbolçu ilə razılaşdı. O, görüşə gəldi, amma sonda Başakşehirli yarımmüdafiəçi transferi üçün 11 milyon ödəyən "Fənərbaxça"ya getdi” deyə qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR