Azərbaycanlılar bu ölkələrə vizasız gedə bilər - SİYAHI

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq dünyanın 32 ölkəsinə vizasız, 46 ölkəsinə isə sərhəddə (hava limanında) viza alaraq səfər etmək mümkündür.

Metbuat.az xəbər verir ki, Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələri iki qrupa bölmək olar. Birinci qrupa səfər üçün viza tələb olunmayan, ikinci qrupa isə giriş zamanı viza verilən ölkələr aiddir. Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrdə viza müddəti 90 gün təşkil edir. Məhz bu ölkələrə vətəndaşlarımız ümumvətəndaş pasportu ilə səyahət edə bilərlər.

Bu ölkələrlə Azərbaycan arasında qarşılıqlılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilib. Azərbaycan və Türkiyə prezidentləri arasında bu mövzuda imzalanan sonuncu müqaviləyə əsasən, Azərbaycan vətəndaşları Türkiyəyə öz şəxsiyyət vəsiqələri ilə gedə bilirlər.

Vizasız səyahət edə biləcəyimiz ölkələr arasında Qətər də var. Burada viza müddəti 30 gündür.

Serbiya, Monteneqro, Bosniya və Herseqovinaya səyahət etmək istəyən vətəndaşlarımız üçün viza müddəti 90 gün, Malayziya (ümumvətəndaş, diplomatik, xidməti passport ilə) 30 gün, Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi yalnız diplomatik və xidməti pasport) -14 gün, Livana səyahət etmək istəyənlərə isə ümumvətəndaş pasportu ilə 30, diplomatik passport ilə 180, xidməti passport ilə 90 gün viza müddəti verilir. Qonşu İrana vizasız səyahət edən vətəndaşlarımız isə orada cəmi - 15 gün qala bilərlər.

Azərbaycan vətəndaşlarından səfər üçün viza tələb olunmayan ölkələrin siyahısı:

Albaniya

Antiquda

Barbuda
Baham adaları

Barbados
Belarus
Bosniya və

Hersoqovina
Ekvador
Fələstin
Gürcüstan
Haiti
İndoneziya
İran
Kolumbiya
Qazaxıstan
Qətər
Qırğızıstan
Makedoniya
Malayziya
Mikroneziya
Moldova
Montoneqro
Namibiya
Özbəkistan
Rusiya
Vintsent

Qrenadin
Tacikistan
Türkiyə
Ukrayna

Viza giriş zamanı verilən ölkələrin siyahısı:

Banqladeş
Boliviya
Cibuti
Dominika
İordaniya
Kamboca
Kabo –Verde

Qəmər adaları

Qvineya

Bisao
Livan
Laos
Makao
Malavi
Maqadaskar
Marşal adaları

Maldiv adaları

Mavritaniya
Mozambik
Mavrikiy
Nepal
Nikaraqua
Palau
Nepal
Ruanda
Samoa
Seyşel adaları

Şərqi Timor

Toqo
Tanzaniya
Tuvalu
Uqanda
Yamayka
Zimbabve
Qeyd edək ki, Azərbaycan "Henley & Partners Visa Restrictions Index" pasport reytinqində 72-ci yeri tutub. Ölkə vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR