Bu halda müharibə riski yaranacaq - AÇIQLAMA

"Qarşıdakı dövrdə atəşkəsin pozulmasının intensiv hal alması, geniş miqyaslı təxribatların olması, yeni müharibə riskini yarada bilər".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, mövqelərimizin atəşə tutulması təxribat halı kimi dəyərləndirilə bilər:

"Tərəflər arasında sülhü pozmaq üçün əvvəlcə Ermənistan daxilində keşiş Baqratın başçılığı ilə etirazlar başlatdılar, nəticə vermədi. Görünür indi sərhəddə həm Ermənistan ordusu daxilindəki 5-ci klanın nümayəndələri, həm də xarici qüvvələrin digər əsas iştirakçıları prosesi sürətləndirirlər. Bu sülh prosesinə hələ ki, mane olacaq hal deyil. Amma qarşıdakı dövrdə atəşkəsin pozulmasının intensiv hal alması, geniş miqyaslı təxribatların olması sülh prosesini dayandırmaqla yanaşı, yeni müharibə riskini yarada bilər. Hələ bu məsələdən danışmaq biraz tezdir. Yəqin ki, Paşinyan administrasiyasından bununla bağlı bir açıqlama gələcək. Ondan sonra biləcəyik ki, Ermənistan tərəfi ətəşkəsin pozulmasında maraqlıdır, yoxsa xarici qüvvələr".

Qeyd edək ki, ötən gün saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı