Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA

İyulun 16-sı saat 17:00-a olan məlumata görə Daşkəsən, Göygöl, Gəncə, Yevlax, Şahdağ, Şəki, Oğuz, İsmayıllıda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR