Dünyanın ən dəyərli futbol brendlərinin reytinqi açıqlandı

İspaniyanın "Real" klubu dünyanın ən dəyərli futbol brendlərinin reytinqinə başçılıq edir.

Metbuat.az dünyanın aparıcı brend konsaltinq şirkəti "Brand Finance"yə istinadən xəbər verir ki, Madrid komandasının dəyəri 1,805 milyard dollara bərabərdir.

İlk "üçlüy"ə həmçinin “Mançester Siti” (1,726 milyard dollar) və “Barselona” (1,653 milyard dollar) klubları daxil olub. Sonrakı yerlərdə "Mançester Yunayted" (1,498 milyard dollar), "Liverpul" (1,478 milyard dollar), "Bavariya" (1,325 milyard dollar), PSJ (1,294 milyard dollar), "Arsenal" (1,067 milyard dollar), "Tottenhem" (930 milyon dollar) və "Çelsi" (897 milyon dollar) klubları qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı