Zahid Orucun Seçki Qərargahı yaradıldı

1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclsinə keçiriləcək seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun Seçki Qərargahı yaradılıb.

Metbuat.az bildirir ki, 9 nəfərdən ibarət Qərargahın tərkibinin genişlənəcəyi nəzərdə tutulur.

Müzakirələr zamanı 7 fevral prezident seçkilərindən sonra ölkəmizin həyatında elan olunan Yeni Dövrün əsas çağırışları üzərində dayanılaraq, gələcək Parlamentdən əhalinin gözləntiləri, müvafiq ərazinin iqtisadi-sosial mühiti və xüsusiyyətləri dərindəın təhlil olunub.

Zahid Orucun seçkilərdə fəaliyyətinin əsas istiqamətləri, vətəndaş imzalarının toplanması üçün təşkilati tədbirlər, gələcəkdə rəsmən qeydə alındıqdan sonra platforma və proqramların hazırlanmasına dair qərarlar qəbul olunub. Aktiv seçki təbliğatı-təşviqatının qurulması üçün planlara dair vəzəfə bölgüsü aparılıb və konkret tapşırıqlar verilib.

Qeyd edək, ötən seçkilərdə təşkilati və siyasi təcrübəsi olan şəxslərin Seçki Qərargahında təmsilçiliyinə üstünlük verilib. Qərargah gələcək fəaliyyəti ilə bağlı ictimaiyyətə mütəmadi məlumatlar verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı