DİN-dən həmin hadisə ilə bağlı açıqlama - YENİLƏNİB

İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

10:48

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.

Metbuat.az News24.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR