Azad agent olan Depaydan təccüblü seçim

Hazırda azad agent olan niderlandlı futbolçu Memfis Depayın yeni klubu bilinib.

Metbuat.az xəbər verir ki, 30 yaşlı Depay Braziliyanın "Korintians" klubuna keçib. Futbolçu ilə 2026-cı ilin sonunadək müqavilə bağlanılacaq.

Qeyd edək ki, Memfis Depay son mövsümü "Atletiko Madrid"də keçirib. Bundan əvvəl o, "PSV", "Mançester Yunayted", "Lion" və "Barselona" formaları geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR