"Mançester Siti" Haalandın yerinə onu alır

Julian Alvaresin “Atletiko Madrid” transferindən sonra "Mançester Siti" "River Pleyt"dən Klaudio Eçeverrini heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, Alvaresin gedişindən sonra “Mançester Siti” hücum xəttinə futbolçu transfer etməyib. Klub Erlinq Haalandın mümkün zədələnməsi durumunda həmin mövqedə Fil Foden, Ceyms Mkatee və İlkay Gündoğan və digər futbolçulardan istifadə edə bilər. Lakin sıx oyun qrafiki zamanı Haalandı əvəz etmək çətin ola bilər.

Buna görə də, "Mançester Siti" növbəti transfer vaxtında "River Pleyt"dən 12,5 milyon avroya Klaudio Eçeverrini transfer etmək istəyir. Echeverri bu mövsüm "River Pleyt"də 28 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Hələ Alvares qədər uğurlu olmasa da, Eçeverri gənc yaşına baxmayaraq performansı ilə diqqət çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı