86 milyonluq ulduz "Fənərbağça"ya doğru

"Fənərbağça"nın "Mançester Yunayted"in braziliyalı ulduzu Antoni ilə maraqlandığı iddia edilir.

Metbuat.az "The Sun" nəşrinə istinadən bildirir ki, Joze Mourinyonun çalışdırdığı “Fənərbaxça” Antoninin transferində futbolçunun digər taliblərindən bir addım öndədir.

Braziliyalı cinah oyunçusunun vəziyyətinin keçmiş komandası “Ayaks” tərəfindən yaxından izləndiyi bildirilir. Ulduz futbolçu ilə İspaniya, Fransa və Səudiyyə Ərəbistanında maraqlanan komandaların olduğu deyilir.

Antoninin İngiltərə klubundan ayrılmaq istəyi və rəhbərliyin futbolçunun icarəyə göndərilməsinə müsbət yanaşdığı qeyd edilib.

Xəbərin təfərrüatında Türkiyədə transfer dövrünün cümə günü sona çatacağı xatırladılıb və transferin yalnız icarı üsulu ilə həyata keçirilə biləcəyi vurğulanıb.

24 yaşlı oyunçu 2022-ci ildə "Ayaks"dan 86 milyon funta transfer olunub. "Mançester Yunayted"lə 2027-ci ilə qədər müqaviləsi olan Antoni həftədə 200 min funt sterlinq qazanır. Braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 83 oyuna çıxıb və 11 qola imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı