"Milan" və "Barselona" arasında mübadilə - Böyük transfer reallaşır

Rafael Leaonun "Milan"dan ayrılacağı ilə bağlı söz-söhbətlər getdikcə güclənir.

Metbuat.az xəbər verir ki, "Barselona"nın “Milan”a cəlbedici təklif göndərdiyi deyilir. Məlumata görə, "Milan" mövsümə uğursuz başlayıb. Klub A Seriyasında keçirdiyi ilk üç matçda cəmi iki xal toplaya bilib. Bu uğursuz çıxış klub ətrafında gərginliyi artırıb və tənqid obyekti portuqaliyalı ulduz Rafael Leaodur. Klub futbolçunun bəzi davranışlarına da narazılıq edib. “Parma” matçında azarkeşlərin reaksiyasına etiraz edən Leao, “Latsio” matçında Teo Hernandezlə birlikdə digər komanda yoldaşlarının su fasiləsinə qatılmayıb.

“Milan” cəlbedici təklif olarsa, portuqaliyalı ulduzu satmağa hazırdır. “Barselona” "Milan"a oyunçu mübadiləsi də daxil olmaqla təklif göndərib. "Barselona" Leaonu heyətinə qatmaq üçün Ferran Torresi “Milan”a təklif edib. Bununla “Barselona” transfer məbləğini azaltmaq istəyir. “Milan”ın Ferran Torresi heyətinə qatmaq fikrinə razı olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR