Tanınmış məşqçi "Neftçi"nin təklifini rədd etdi - İDDİA

"Neftçi"də tezliklə baş məşqçi dəyişikliyi baş verə bilər.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın "Sport Express" nəşri yayıb.

Flaqman belaruslu çalışdırıcı Viktor Qonçarenko ilə danışıqlar aparıb. Lakin mütəxəssis bu təklifdən imtina edib.

“Neftçi” ilə yanaşı, “Pari Nijni Novqorod”un da belaruslu çalışdırıcının xidmətində maraqlı olduğu bildirilib.

“Neftçi”nin mətbuat xidməti yayılan son xəbərlərlə bağlı Rusiyanın “Sport Express” nəşrinə açıqlama verib:

“Viktor Qonçarenko çox təcrübəli və postsovet məkanında tanınmış məşqçidir. Amma bu məlumat həqiqətə uyğun deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR