“Benfika"ya getdi, bəxti açıldı - Avropa nəhəngi Keremi istəyir

"Qalatasaray"dan transfer olunduğu "Benfika"da möcüzələr yaradan Kerem Aktürkoğlu Avropanın nəhəng komandalarının diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, türk futbolçu ilə "Mançester Yunayted"in maraqlandığı iddia edilib. “Fichajes”in məlumatına görə, bu mövsüm getdiyi Portuqaliya Liqasına dərhal uyğunlaşan Kerem Aktürkoğlu üçün “Benfika” 12 milyon avro ödəyib. "Mançester Yunayted"in isə futbolçu üçün 40 milyon avro təklif edə biləcəyi iddia edilib.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm "Benfika"nın heyətində 5 oyun keçirib. Futbolçu bu matçlarda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı