"Atletiko Madrid" "Benfika"nın futbolçusu Kerem Aktürkoğlunu transfer etməyə çalışır.
Metbuat.az xəbər verir ki, "Atletiko Madrid" mövsümün fasiləsində futbolçunu heyətinə qatmaq istəyir. “Diario Gol”ın xəbərinə görə, İspaniya klubunun baş məşqçisi Dieqo Simeone türk futbolçunun oyununu bəyənib. Xəbərdə deyilir ki, Kerem Aktürkoğlu Çempionlar Liqasında oynadığı “Benfika” - “Atletiko Madrid” matçında performansı ilə Dieqo Simeonenin diqqətini cəlb edib. Qeyd edək ki, "Qalatasaray"dan "Benfika"ya transfer olan Kerem Aktürkoğlu Portuqaliya təmsilçisində 5 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Keremin hazırkı transfer dəyəri 18 milyon avrodur. Onun “Benfika” ilə müqaviləsi 2029-cu ildə yekunlaşır.