"Mançester", yoxsa "Bayern"? - Qoretska qərarını verdi

"Mançester Yunayted" "Bayern Münhen"in 29 yaşlı yarımmüdafiəçisi Leon Qoretskaya göz dikib. İngiltərə klubu qış transfer dönəmində alman futbolçunu heyətinə qatmaq üçün "Bayern"ə rəsmi təklif göndərəcəyi bildirilir.

Metbuaz.az xəbər verir ki, alman yarımmüdafiəçi bu keçidə isti baxmır. "Sky News"da yer alan məlumata görə, Qoretskanın "Münhen"i tərk etmək niyyəti yoxdur. O, karyerasını hazırkı klubunda davam etdirmək istəyir.

Qeyd edık ki, Leon Qoretska bu mövsüm "Bayern Münhen" forması ilə iştirak etdiyi üç matçda bir qol vurmağı bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR