​Mourinyo rəhbərliyə sürpriz tələb irəli sürdü

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən məvacib artımı istəyib.

Metbuat.az xəbər verir ki, Mourinyo müraciəti özü üçün deyil, futbolçuları üçün edib. "Hürriyet" qəzetinin xəbərinə görə, Mourinyo əvvəlcə İrfan Can Kahveci və Osayi-Samuelin müqavilələrinin yenilənməsini istəyib. Joze Mourinyo məvacib balansını tənzimləmək üçün yerli futbolçuların maaşının artırılmasını istəyib.

Portuqaliyalı çalışdırıcı həmçinin komandada maaşı az olan bəzi futbolçuların müqavilələrinin yenilənməsini və maaşlarının artırılmasını tələb edib. Joze Mourinyo məvaciblərin artırılmasının futbolçuların əhval-ruhiyyəsini artıracağını düşünür. Qeyd edək ki, İrfan Can üçün "Benfika", "Marsel" və "Atletiko Madrid" klublarının maraqlandığı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı