Azərbaycan millisi Bakıda Portuqaliya ilə qarşılaşdı

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində Bakıda Portuqaliya ilə qarşılaşıb.

Metbuat.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma “Liv Bona Dea Arena”dakı matçda rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu 58-ci dəqiqədə Nazlıcan Parlak rəqib qapısından keçirib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR