“A22 Sports Management” Avropada “Unify League” üçün UEFA-ya təklif irəli sürüb.
Metbuat.az xəbər verir ki, Avropa Superliqasının uğursuzluğundan sonra təşkilatçılar yeni ümumavropa liqası üçün planlar hazırlayıblar. “A22 Sports Management”in yeni təklifi olan “Unify League“ FİFA və UEFA-ya təqdim edilib. “A22 Sports Management” 2022-ci ildən Avropa Super Liqası layihəsində iştirak edən təşkilat kimi tanınır. Bununla belə, yeni “Unify League” layihəsi əvvəlki turnirin formatından xeyli fərqlənir.
Qeyd edilir ki, 2021-ci ildəki Avropa Super Liqası layihəsi qapalı quruluşuna görə böyük tənqidlərə məruz qalıb və çöküb. Yeni təklif olan “Unify League”də bu tənqidlər nəzərə alınıb. Təklif edilən yeni turnir iştirak performansa əsaslanacaq və mövcud liqa cədvəllərinə uyğun olacaq. FİFA və UEFA-nın yeni təklifə necə reaksiya verəcəyi bəlli deyil.