"Eyüpspor"u 1-ci liqadan Superliqaya çıxarmağı bacaran Arda Turanın nailiyyətləri bir sıra klubların diqqətindədir.
Metbuat.az xəbər verir ki, Ardanın İspaniyada karyerasını davam etdirəcəyi irəli sürülür. İspaniya mətbuatında yer alan xəbərə görə, Arda Turanla "Atletiko Madrid" və "Xetafe" klubları yaxından maraqlanır. Xüsusilə Ardanın keçmiş komandası “Atletiko” Simeonedən sonra komandanı ona həvalə etmək istəyir. Uğurlara baxmayaraq Simeonenin klubdan gedə biləcəyi irəli sürülür. "Atletiko Madrid"dəki bəzi dairələrin onun yerinə Arda Turanın gətirilməsini rəhbərliyə təklif edib.
Qeyd edək ki, bu mövsüm "Eyüpspor"un çalışdırıcısı kimi 18 matça çıxan Arda Turan komandası ilə topladığı 30 xalla Super Liqada 5-ci pillədə qərarlaşıb.