İtaliyanın "Yuventus" və "Milan" klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, o, "Əl-Əhli" klubu ilə anlaşmaq üzrədir. İtaliyalı çalışdırıcının yeni mövsümdən etibarən komandaya rəhbərlik edəcəyi deyilir.
Qeyd edək ki, Massimiliano Alleqri ötən mövsüm "Yuventus"dan ayrılıb.