​Qurban Qurbanov Santuşu qabaqladı

Dünyanın ən güclü məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Metbuat.az sporrtinfo.az-a istinadən xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1646 xala malikdir. O, dünyada 158-cıdır. 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2 addımlıq irəliləyişə imza atıb.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, iki addım irəliləyib. Rusiyalı mütəxəssis Serjio Konseysaa, Devid Moyes, Brendan Rocers kimi məşqçiləri qabaqlayır.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı mütəxəssisin mövqeyi dəyişməz qalıb.

Siyahıya “Mançester Siti”nin 2153 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı