İmişlidəki qəza ilə bağlı TƏSİRLİ FAKT

Xəbər verdiyimiz kimi, İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı dünyasını dəyişən azyaşlılar İmişli RPŞ-nin digər əməkdaşının qardaşı uşaqlarıdır.

Qəzada xəsarət alan yol polis inspektoru ağır vəziyyətdədir. Yaralıların müalicəsi davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı