​İtaliya derbisinin qalibi məlum oldu

Futbol üzrə İtaliya çempionatının Turində keçirilən derbi matçında “Yuventus” evdə oyununda “Milan”ı məğlub edib.

Metbuat.az xəbər verir ki, 2:0 hesabı ilə başa çatan görüşdə "Yuventus"un heyətindəa 59-cu dəqiqədə Samuel Mbanqula və 64-cü dəqiqədə Timoti Vea topu rəqib komandanın qapısına göndərib.

Qeyd edək ki, komandaların 308-ci duelində "Yuventus" 115-ci qələbəsini qazanıb. "Milan" 102 dəfə güclü olub, 91 matç isə heç-heçə ilə bitib.

"Yuventus" İtaliya çempionatında cari mövsümdə məğlubiyyət yaşamayan yeganə komanda olaraq qalır.

Komanda növbəti turda yanvarın 25-də səfərdə çempionatın lideri "Napoli" ilə qarşılaşacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı