UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off görüşündə "Milan" "Feyenoord" klubunu qəbul edib.
Metbuat.az xəbər verir ki, Niderlandda 1:0 hesabı ilə uduzan "Milan" doğma meydanda rəqibini üstələyə bilməyib. Oyun 1-1 hesabı ilə yekunlaşıb.
Bununla da, iki görüşün nəticəsinə əsasən "Feyenoord" pley-offdan 1/8 finala vəsiqə qazanıb.