"Qalatasaray", "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun derbidən sonra dediyi "Meymunlar kimi tullanıb-düşdülər" sözlərinə görə şikayət edib.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" Mourinyo barəsində irqçilik iddiası irəli sürüb. Joze Mourinyo oyundan sonra “Hakimə təşəkkür etməliyəm, çünki qeyd etdiyim epizoda görə o biri skamyada hamı meymun kimi tullanırdı” - deyə bildirmişdi. Gərginlik dünya mediasında da yer alıb.
BBC: “"Qalatasaray” Mourinyonu irqçi bəyanatlarda ittiham edir"”.
“İndependent” : "Joze Mourinyonun irqçi bəyanatlar verdiyi iddia edilir".
“Marca” : “"Qalatasaray" Mourinyoya qarşı irqçi bəyanatlara görə cinayət işi açılmasını tələb edib"”.
AP: “"Qalatasaray” Mourinyonu Türkiyə liqası matçından sonra irqçi şərhlərdə ittiham edir"”
“Sky Sports”: “"Qalatasaray" Joze Mourinyonu irqçi bəyanatlarda günahlandırır və hüquqi addım atmaqla hədələyir”.
Sport : "Mourinyoya qarşı irqçiliklə bağlı iddia qaldırıldı".