İran parlamentindən Azərbaycan dili ilə bağlı QƏRAR

İran parlamentinin Təhsil Komissiyasının ölkədə məktəblərdə qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsi bu gün parlamentin açıq iclasında səsə qoyulub.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili tərəfsiz olub, 7 nəfər isə səsvermədə iştirak etməyib.

Bununla da İran məktəblərində qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsi qəbul edilməyib.

Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsi qeyri-fars dillərin tədrisini deyil, sadəcə etniklərin ədəbiyatının tədrisini nəzərdə tutsa da, bu, 45 ildir icra edilmir.

İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təbliğat kampaniyasının əsas müddəalarından biri 15-ci maddənin icrası idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı