​Türkiyədə Rusiya və ABŞ arasında görüş keçirildi

Türkiyədə Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüş 6 saatdan çox davam edib. Görüşün məqsədi diplomatik missiyaların, xüsusən də səfirliklərin yenidən tam gücü ilə xidmət göstərə bilməsini təmin etməkdir. ABŞ Baş Konsulluğunun iqamətgahında keçirilən toplantıda Rusiyanı təmsil edən diplomatlar görüşdən sonra heç bir açıqlama vermədən diplomatik missiyanı tərk ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüş tərəflər arasında münaqişələrin aradan qaldırılmasına və etimadın möhkəmləndirilməsinə dəstək olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı