​UEFA qalmaqallı penalti epizodu ilə bağlı açıqlama yaydı

UEFA "Atletiko Madrid" və "Real Madrid" klubları arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra penalti zərbələri zamanı müzakirələrə səbəb olan epizodla bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, "Atletiko Madrid" Julian Alvarezin penaltisi ilə bağlı quruma müraciət edib. Məlumatda deyilir ki, UEFA da penaltinin yerinə yetirilməsi qaydasına yenidən baxılması üçün Beynəlxalq Futbol Federasiyasına və Beynəlxalq Futbol Assosiasiyaları Şurasına müraciət edib. UEFA futbolçunun topa bilərəkdən iki dəfə toxunduğunu müəyyən etmək üçün FIFA və IFAB ilə müzakirələr aparacaq.

Qeyd edək ki, oyundan sonrakı penalti zərbələri zamanı Julian Alvarezin vurduğu qol futbolçu topa iki dəfə toxunduğu üçün qeydə alınmayıb. VAR hesab edib ki, futbolçu az da olsa topa iki dəfə toxunub. Penaltilərdə “Real” 4-2 hesabı ilə qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı